"İstanbulda növbəti mərhələyə vəsiqəni təmin etmək istəyirdik" - Dor Perets

"Oyun yaxşı başladıq, çox sayda qol epizodları yaratdıq. Ancaq onları qola çevirə bilmədik və yekunda bu nəticə oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Makkabi"nin futbolçusu Dor Perets Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Türkiyədə keçirilən “Qarabağ”la oyundan (1:1) sonra deyib.

O bildirib ki, gələn həftə Avroliqada "Sivasspor"la vacib matçları var: "Amma əvvəlcə ölkə çempionatındakı görüş haqda düşünməliyik. İstanbulda növbəti mərhələyə vəsiqəni təmin etmək istəyirdik, amma bu idmandır. İrəliləyirik və növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right