“Neytral stadion bizim üçün üstünlükdür” - “Makkabi”nin kapitanı

“Sabah bizim üçün çətin oyun olacaq. Hər iki komanda üçün neytral stadion olması qəribə haldır. Hətta, bəlkə də, bizim üçün üstünlükdür. Hər halda, vəziyyət necə olur-olsun səfər oyunları həmişə çətindir".

Newsport.az-ın məlumatına görə, bu sözləri “Makkabi”nin (Təl-Əviv) kapitanı Şeran Yeini Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

34 yaşlı müdafiəçi "Qarabağ"ın yaxşı oyun sərgilədiyini bildirib: “Qarabağ”a qarşı ilk oyunumuz yaxın müddətdə olmuşdu. Bizə yalnız 0:1 hesabı ilə məğlub oldular. “Sivasspor”la oyunlarının müqəddəratı da son dəqiqələrdə həll olundu. Bu üzdən çətin görüş olacağını güman edirəm”.

Təcrübəli futbolçu qrupdan çıxmaq üçün əllərindən gələni edəcəklrini söyləyib: “Bütünlüklə bu matça köklənmişik. Özümüzü hər şeyə hazırlamalıyıq. Qrupdan çıxmaq çətin tapşırıqdır. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Bu, inanılmaz təcrübə olar. Lakin indi bu barədə düşünmürük, yalnız “Qarabağ” üzərində qələbə üçün nə lazım olduğunu düşünürük”.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right