"Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır" - "Makkabi"nin futbolçusu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Makkabi”nin (Təl-Əviv) futbolçusu Maor Kandil 5-ci turda Ağdam təmsilçisi ilə keçirəcəkləri görüşdən danışıb.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi Azərbaycan klubunun güclü olduğunu vurğulayıb:
 
"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadır. Rəqib çox güclüdür. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".

Qeyd edək ki, dekabrın 3-də Azərbaycandakı hərbi vəziyyətə görə  Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right