“Qarabağ” son məşq və mətbuat konfransının vaxtını açıqladı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin bu oyundan öncə baş tutacaq son məşqinin və mətbuatı konfransının vaxtı müəyyənləşib.

Koronavirusa yoluxan Qurban Qurbanov İstanbula getməyəcəyi üçün, mətbuat konfransında onun köməkçisi Elçin Rəhmanov iştirak edəcək. Sözügedən tədbir sabah, yerli vaxtla saat 15:30-da “Qarabağ”ın yerləşəcəyi “Pullman” otelində baş tutacaq.

Oyundan öncəki son məşq isə yerli vaxtla saat 18:30-da “Başakşəhər Fatih Terim” stadionunun köməkçi meydançasında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right