Rıza Çalımbay: "Komandamla qürur duyuram"

"Bu matçda həm Türkiyə, həm də özümüz üçün qalib gəlməyimiz lazım idi. Bu qədər zədə və itkilərə rəğmən, mükəmməl mübarizə apardıq. Komandamla qürur duyuram. Bizim üçün gözəl oyun oldu".

Newsport.az məlumatına görə, bu sözləri Sivasspor"unun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

O, "Vilyarreal"la ən çətin oyunlarına çıxacaqlarını bildirib: "Tək qorxumuz zədə və liqa görüşləridir. Superliqada 21 komandanın mübarizə aparması çox ağırdır. Başqa vaxt 25-30 klub çıxış etsə belə, çempionatı avqustda bitirmək olardı. Amma indi Avropa çempionatı ilə əlaqədar liqalar mayın 15-dək başa çatdırılmalıdır. Yəni, qrafikimiz getdikcə sıxlaşmaqdadır. Qrupdan çıxsaq, daha sıx qrafiklə üzləşəcəyik. Çətin mövsüm keçiririk. Ümid edirəm ki, hər şey yaxşı bitəcək".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right