Qurban Qurbanov: "Bu gün gəncləri qazandıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la oyundan (2:3) sonra fikirlərini bildirib.

Newsport.az məlumatına görə, təcrübəli mütəxəssis itkilərə baxmayaraq, komandasının yaxşı mübarizə apardığını söyləyib:

"Sivasspor"u təbrik edirəm, vacib qələbə qazandılar. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Heyətimizdə itkilər olmasına baxmayaraq komandam yaxşı mübarizə apardı. Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right