"Qarabağ"la oyun çətin olacaq" - "Sivasspor"un hücumçusu

“Sivasspor”un futbolçusu Aruna Kone Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan danışıb.

Newsport.az məlumatına görə, 37 yaşlı hücumçu oyundan əvvəl təşkil edilən mətbuat konfransında bunları deyib:

“Çətin oyun olcağını bilirik. Son matçda qələbə qazandıq. Həmin görüş də asan keçməmişdi. "Vilyarreal"ın da qələbəsini gözləyəcəyik. Çətin günlərdən keçirik. Komandada bəzi problemlər var. Amma buna baxmayaraq, güclü kollektivimiz var. Meydanda hər şeyi edə bilərik. Yolumuza davam edə biləcək gücdəyik".

Qeyd edək ki, Azərbaycandakı hərbi vəziyyət səbəbindən sabah İstanbulda “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right