"Qarabağ" - "Sivasspor" oyununun yeri açıqlandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"u qəbul edəcəyi matçın məkanı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycanda hərbi vəziyyət olması səbəbindən oyun Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

Ağdam təmsilçisi II turda "Vilyarreal"la da həmin arenada qarşılaşıb. Klub növbəti matçı Bakıd akeçirmək üçün müraciət etsə də, bu qəbul olunmayıb.

26 noyabrda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right