Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Fransa"Lill"inin oyunçusu Yusuf Yazıcı birinci olub. O, səsvermədə Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yulişi qabaqlayıb.
Qeyd edək ki, türk futbolçu Avroliqanın 3-cü turunda "Milan"la matçda (3:0) het-trik edib.