Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandası açıqlanıb.
Newsport.az-ın məlumatına görə, UEFA-nın tərtib etdiyi 11-likdə 1-ci dövrənin son turunda fərqlənən futbolçular yer alıb.
Onlar arasında “Qarabağ”la oyunda (2:0) hesabı açan "Sivasspor"un müdafiəçisi Caner Osmanpaşa da var.
Qapıçı: Pau Lopez ("Roma")
Müdafiəçilər: Ceyms Yustin ("Lester"), Gernot Trauner (LASK), Caner Osmanpaşa ("Sivasspor"), Ridgesiano Haps ("Feyenoord")
Yarımmüdafiəçilər: Leon Baili ("Bayer"), Ceyms Maddison ("Lester"), Petros Mantalos (AEK), Andriya Jivkoviç (PAOK)
Hücumçular: Lukaş Yuliş ("Sparta"), Yusuf Yazıcı ("Lill").