UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Lill"ə uduzan "Milan"ın məğlubiyyətsizlik seriyası qırılıb.
Newsport.az-ın məlumatına görə, İtaliya klubu ardıcıl 24 oyun sonra meydanı məyus tərk edib.
Bu, "Milan"ın son 24 ildə ən uzun məğlubiyyətsiz seriyası idi. Komanda sonuncu dəfə martın 8-də uduzmuşdu.