Avropa Liqasının qrup mərhələsinin III turunda "Milan"la matçda (3:0) het-trik edən "Lill"in futbolçusu Yusuf Yazıçı turnirin tarixinə düşüb.
Newsport.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olub. O, qrup mərhələsinin I turunda "Sparta" (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.
2019-cu ildən Yazıcı bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.