Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Yunanıstan PAOK-undan Andriya Jivkoviç, Almaniya "Bayer"indən Len Beyli, Çexiya "Sparta"sından Lukaş Yuliş və Fransanın "Lill" komandasından Yusuf Yazıcı bu ada iddialıdı.
Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.