Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Vilyarreal” (İspaniya) – “Makkabi” (Təl-Əviv, İsrail) oyunu nəzərdə tutulan vaxtda başlamayıb.
Newsport.az-ın məlumatına görə, buna əlverişsiz hava şəraiti səbəb olub. Vilyarreal şəhərində güclü yağışa görə matçın başlama saatı dəyişdirilib. 00:00 başlaması nəzərdə tutulan oyun Bakı vaxtı ilə 01:10-da başlayıb.
Qeyd edək ki, bu komandalar “Qarabağ”la eyni qrupda mübarizə aparır.