"Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin III turunda "Sivasspor"la oyundan (0:2) sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, Türkiyə mətbuatına açıqlamasında rəqiblə qardaş komanda olduqlarını söyləyib:
"Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etdilər. Əks hücumlara yaxşı çıxdılar. Bizim bu yöndə bir az çatışmazlıqlarımız var idi. Komanda şəklində 3 xal üçün buraya gəlmişdik. Söyləyəcək çox şey yoxdu. Öz oyunumuzu oynaya bilmədik və uduzduq. Biz qardaş komandalarıq. Bu futboldu. Biri qalib gələcək, digəri məğlub olacaq. Bu gün iki komanda da qələbə qazanmaq istəyirdi".