"Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. Çünki hava limanında bizi çox yaxşı qarşıladılar. Sivas valisi və digər şəxslər bizi evimizdəki kimi hiss etdirdilər".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov "A Spor"a açıqlamasında deyib.
Klub rəsmisi Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Sivasspor"la səfər oyunu öncəsi fikirlərini bölüşüb. O, yüksək təşkilatçılığa görə "Sivasspor"a təşəkkür edib: "Komandada hər şey qaydasındadır. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik".
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.