"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Biz iki dövlət, bir millətik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çelikel UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun "Sivasspor"la oyunu öncəsi Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşü zamanı deyib.
O, Sivasda olduqca isti və mehriban qarşılandıqlarını söyləyib: "Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, gözəl oyun olacaq".
Qeyd edək ki, tədbirin sonunda "Qarabağ" klubuna bayraq və "Qurani-Kərim" kitabı hədiyyə olunub.
Xatırladaq ki, bu gün keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.