"Qarabağ" Avropa Liqasında növbəti matçına çıxıb.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu qrup mərhələsinin III turunda səfərdə "Sivasspor"u ilə üz-üzə gəlib. "Yeni 4 Eylül" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.
Əvvəlki görüşlərdə də məğlubiyyətlə üzləşən "Qarabağ" 3 turdan sonra qrup sonuncusudu.
5 noyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
I qrupu
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qol: Caner Osmanpaşa, 10, Kayode, 88
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu