"Sivasspor" - "Qarabağ" oyununun hakimləri dəyişdi

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakimləri dəyişdirilib.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Referi Sandro Şörer olacaq. Ona yan xətt hakimləri qismində Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək.

Dördüncü hakim isə dəyişilməyib. Bu funksiyanı portuqaliyalı Yanku Yoan Vasilista yerinə yetirəcək.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right