Kvabena Ovusu: "Daha güclü qayıdacağıq"

"Qarabağ”ın futbolçusu Kvabena Ovusu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”a 1:3 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun yeganə qolunun müəllifi olan futbolçu sosial şəbəkə hesabında yazıb:

"Dünən gecə istədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqasında ilk qolumu vurduğum üçün məmnunam. Mübarizəyə davam edəcəyik və növbəti həftə daha güclü şəkildə geri qayıdacağıq".

"Qarabağ" qrup mərhələsinin ilk turunda İsrailin “Makkabi” klubuna minimal hesabla məğlub olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right