Qurban Qurbanov: "Türkiyədə oynamaq üçün israr etdik"

"Qarabağ"ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin II turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik".

"Qarabağ" - "Vilyarreal" sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. Qarabağdakı hərbi proseslərlə əlaədar UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right