"Vilyarreal"ın futbolçuları "Qarabağ"la oyundan danışdılar

“Avropa Liqasına çox yaxşı başladıq. Qarşıdan ilk səfər oyunumuz gəlir. Üç xalımız var. Qrupdan çıxmaq üçün bu tempdə davam etməliyik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Vilyarreal"ının yarımmüdafiəçisi Fransis Koklen klubun televiziyasına  açıqlamasında Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la keçirəcəkləri oyun haqda danışarkən deyib.

Komandanın kapitanı Mario Qaspar isə Ağdam klubu ilə görüşdən ehtiyatla danışıb: “Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkirdik. Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".


İspaniyalı yarımmüdafiəçi Visente İborra da onları çətin oyun gözlədiyini bildirib: “Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. İddialı olsaq da, bilməliyik ki, bizi çox çətin oyun gözləyir".

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right