"Vilyarreal" Türkiyədə məşq etməyəcək

Xəbər verdiyimiz kimi, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Vilyarreal"ı Türkiyədə Başakşehir Fatih Terim stadionunda qəbul edəcək.

 

Newsport.az-ın məlumatına görə, İspaniya təmsilçisi İstanbula oktyabrın 28-i axşam saatlarda eniş edəcək. Komanda oyunöncəsi son məşqini  öz bazasında edib yola düşəcək və İstanbulda məşq çıxmayacaq. Buna səbəb oyunun keçiriləcəyi stadionda 1 gün öncə Çempionlar Liqasının "Başakşehir" - PSJ matçının keçirilməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right