"Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Makkabi"yə uduzduqları səfər oyununu (0:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, o, görüşdən sonra bunları deyib:

"Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right