“Makkabi” – “Qarabağ” faktlar

UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Makkabi” (Tel-Əviv) – “Qarabağ” oyunundan yazıb...
 
Hər iki tərəf mübarizəyə Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayıb və indi Avropa Liqasının qrup mərhələsinin ilk turunda israillilər rəqibini qonaq edəcək.
 
Əvvəlki görüşlər
 
- Bu klublar avrokuboklarda ilk dəfə üz-üzə gəlir.
- “Makkabi”nin qitəmiqyaslı yarışlarda Azərbaycan təmsilçiləri ilə yeganə duali Avropa Liqasında 2011/12 mövsümünün II təsnifat mərhələsində olub. Həmin zaman Tel-Əviv klubu mərhələ keçən tərəf olub (3:1, 0:0)
- Eyni zamanda “Qarabağ” da İsrail təmsilçilərinə qaşrı yeganə duelində uğurlu olmağş bacarıb. Bu, 19990-cu ildə İntertoto Kubokunun I mərhələsində Hayfa “Makkabi”sinə qarşı olub. “Qarabağ” səfər qolu sayəsində mərhələ keçib (2:1, 0:1).
 
“Makkabi”
 
- Komanda bu mövsüm avrokuboklarda ötənilki uğursuzluğu kompensasiya etməyi bacardı. 23-cü dəfə İsrail çempionu olan “Makkabi” Çempionlar Liqasında pley-offa qədər irərilələsə də, orda “Zalsburq”a yenilərək, yoluna Avropa Liqasında davam etdi.
- Tel-Əviv klubu 5-ci dəfə turnirin qrup mərhələsində çıxış edəcək. Komanda 2013/14 mövsümündə pley-offa yüksəlməyi bacarıb. Sonuncu dəfə qatıldıqları 2017/18 mövsümündə isə “Makkabi” 1:0 hesablı təsəlli qələbəsinə qədər 5 matçda qol belə vura bilməyib.
- “Makkabi” Avropa Liqasında öz meydanında keçirdiyi 13 matçın cəmi 3-də qələbə qazanmağı bacarıb (5 məğlubiyyət, 5 heç-heçə). Komanda qrup mərhələsində keçirdiyi ilk tur matçlarının heç birində qalib gələ bilməyib – 3 heç-heçə, 1 məğlubiyyət.
 
“Qarabağ”
 
- “Qarabağ” 2019/20 mövsümündə ardıcıl 7-ci, ümumilikdə 8-ci Azərbaycan çempionluğunu qazandı. Mövsüm təxirə salınanda komanda ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayırdı.
- Azərbaycan klubunun 6-cı qrup mövsümü də digərləri kimi payızda sona çatdı. Ötən sezon komanda qrupda 3-cü sıranı tutdu.
- “Qarabağ” 2019/20 mövsümündə olduğu kimi yenə yoluna Çempionlar Liqasının I təsnifat mərhələsində başladı, ancaq III təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qolsuz başa çatan görüşün penaltilər seriyasında məğlub oldu. Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə üz-üzə gələn komanda 3:0 hesablı qələbə ilə bunu kompensasiya edə bildi.
- “Atlılar”ın Avropa Liqasında səfər görüşlərinin statistikası belədi: 4 qələbə, 1 heç-heçə, 10 məğlubiyyət. Bu qalibiyyətlərdən ikisi son 5 matçda qeydə alınıb – 2018/19 mövsümündə Poltavada “Vorskla” üzərində (1:0) və ötən mövsüm “Lüksemburqda “Düdelanj”la qarşılaşmada (4:1).
 
Əlaqələr və digər məlumatlar
 
- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın avrokuboklarda son 20 matçında kollektivə rəhbərlik edib.
- “Makkabi”nin hücunmçusu Etey Şexter DÇ-2014-ün semə mərhələsində evdə Azərbaycanla matçda (1:1) İsrailin yeganə qolunu vurmuşdu.
- “Qarabağ”dan Qara Qarayev həmin matçda 1 hissə oynamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right