"Qardaş ölkənin komandası ilə oynayacağıq" - "Sivasspor"un prezidenti

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz "BeIN Sports"a açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, Avroliqada ev oyunlarında azarkeşlərin 30 faizinin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini  xatırladıb.

Klub rəhbəri "Sivasspor"un Türkiyəni  Avropa Liqasında təmsil edən yeganə komanda olduğunu söyləyib: "Bunun üçün bir az həyacanlıyıq və məsuliyyəti dərk edirik".

M.Otyakmaz bildirib ki, avrokubok matçları reytinq xalları baxımından da önəmlidir: "Rəqibimiz Şotlandiya ilə aramızda xal fərqi azdır. Onların komandaları "Başakşəhər" və "Sivasspor"dan çox xal toplasalar, aşağı pilləyə düşəcəyik. Bəlkə də çempion olan komanda Çempionlar Liqasının pley-offunda oynayacaq. Bu səbəbdən, önəmli vəzifəmiz var. Türk xalqının dualarını ehtiyacımız var. Maraqlı qrupa düşmüşük, İspaniya "Vilyarreal"ından sonra "Makkabi" və "Qarabağ" ilə oynayacağıq. Bizi maraqlı matçlar gözləyir. Qardaş ölkənin komandası ilə oynayacağıq".

Qeyd edək ki, "Qarabağ"ın "Sivaspor"la ilk oyununu noyabrın 5-də səfərdə, təkrar qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right