"Makkabi" "Qarabağ"la oyuna itki ilə çıxacaq

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la qarşılaşacaq "Makkabi" (Tel-Əviv, İsrail) bu matçda Uroş Nikoliçin xidmətindən istifadə edə bilməyəcək.

Newsport.az-ın məlumatına görə, buna səbəb serbiyalı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidi. Onun  adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınmayıb. Bildirilib ki, 27 yaşlı oyunçu zədə səbəbindən tibbi müayinədən keçməyib. Onun qeydiyyata alınması üçün tibbi müayinədən keçməsi mütləqdi.

Oktyabrın 22-də keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right