"Qarabağ"ın rəqibi qrup mərhələsi üçün heyətini asçıqladı SİYAHI

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Super Liqa təmsilçisi 21 futbolçu sifariş edib. Onlardan 2-si qapıçı, 7-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudu.

Qapıçılar: 25. Muammer Zülfikar Yıldırım, 30. Mamadu Samassa
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Appindanqoe, 8. Robin Yalçın, 14. Samba Kamara (Fransa), 58. Ziya Erdal, 87. Marselo Qoyano, 88. Caner Osmanpaşa
Yarımmüdafiəçilər: 5. İsaak Kofi, 6. Klaudemir, 10. Yasin Öztekin, 11. Xorxe Feliks, 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan, Maks Qradel, Faysal Fayr
Hücumçular: Aruna Kone, Mustafa Yatabare, Kazimir Ninqa, Olarenvacu Kayode

"Qarabağ" İ qrupunda "Sivasspor"la yanaşı, İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi" (Tel-Əviv) klubları ilə mübarizə aparacaq.

Ağdam klubu "Sivasspor"la ilk matçını noyabrın 5-i səfərdə, cavab görüşünü isə noyabrın 26-ı evdə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right