"Qarabağ" yaxşı təcrübəyə malikdir" - "Makkabi"nin baş məşqçisi

"Rəqiblərimiz keyfiyyətli komandadır. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının I qrupunda "Qarabağ"a rəqib olan "Makkabi"nin (İsrail) baş məşqçisi Yorqos Donis püşk haqqında danışarkən deyib.

51 yaşlı yunanıstanlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında "Vilyarreal"ı qrupun favoriti adlandırıb: "Qarabağ" avrokuboklarda böyük təcrübəyə malikdir. Çempionlar Liqasında mübarizə aparıb, çətin rəqib olacaq. "Sivasspor" yaxşı çempionat hesab edilən Türkiyə Superliqasında mübarizə aparır. Ötən mövsümü dördüncü olmaları çox şeydən xəbər verir".

Xatırladaq ki, bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Təl-Əviv, İsrail) və "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right