"Qarabağ" güclü komandadır" - Rza Çalımbay

Avopa Liqasında "Qarabağ"la eyni qrupa düşən "Sivasspor"un baş məşqçisi Rza Çalımbay açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, o, Azərbaycan təmsilçisinin güclü komanda olduğunu söyləyib:

 

"Qrupumuz yaxşı görünür. İnşallah, bu qrupdan çıxacağıq. Ancaq asan rəqiblər deyil. "Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".

 

Bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Tel-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right