"Mövzumuz yalnız cəbhədə olan vəziyyətdən idi" - Maksim Medvedev

"Həqiqətən çox emosional ağırlıq altında idik. Çünki oyuna gedəndə, başa düşürdük ki, necə böyük məsuliyyət daşıyırıq. Bu zaman istər-istəməz bizə psixoloji tərəfdən təzyiq kimi də var idi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya 3:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqə qazandıqları oyundan sonra Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Avropa Liqasında Polşanın "Legiya" klubunu Varşavada 3:0 hesabıyla məğlub edərək, qrupa vəsiqə qazandıqları pley-off matçını dəyərləndirən təcrübəli müdafiəçi hər bir ssenariyə hazır olduqlarını bəyan edib: "Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun nə dərəcədə bizim, Azərbaycan üçün vacibdi. Düzdür, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həs edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik".

- "Qarabağ" 90 dəqiqə "Legiya"nı tam üstələyərək, inamlı qələbə qazandı. Maraqlıdı, təmsilçimizə bundan əvvəl mübarizəni dayandırdıqları Çempionlar Liqasında "Mölde"ylə matçda bu cür oynamağa nə mane oldu? 

- Bu komandayla oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdü. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda hansı nəticə ola biləcəyini bilməzdik. Qismət o imiş ki, "Mölde"yə penaltilərdə uduzaq. Bu gün Azərbaycanın belə ağır hərbi vəziyyətində bizə qismət oldu ki, Polşada Qarabağın adını bir daha Avropaya səsləndirdik. Fikrimcə, indiki vəziyyət daha da yaxşı oldu.

- "Qarabağ"lılar Polşada olduğu 2 gündə Azərbaycanda olduğu vəziyyəti, cəbhə xəttində baş verənləri hər gün izləyirdiz ?

- Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Özüm şəxsən 2 gün yatmırdım, hər gün səhər 7-də SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Mənimlə Qara Qarayev nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyətdən idi

Xatırladaq ki, Ağdan təmsilçisi "Legiya"nı 2-ci hissədə vurduğu 3 cavabsız qolla məğlub edib. 

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right