Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Varşavadakı "Voyska Polskieqo" stadionunda keçirilmiş "Legiya" (Polşa) - "Qarabağ" oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla telefonla əlaqə saxlayıb.

Newsport.az-ın məlumatına görə, o, möhtəşəm qələbə, növbəti dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması münasibətilə komandanın bütün üzvlərini Azərbaycan futbol ailəsi adından təbrik edib və qrup mərhələsində uğurlar arzulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right