Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”ın rəqibi olan "Legiya" klubunda koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytında məlumat verilib. Virusa yoluxan şəxsin Varşava təmsilçisinin əməkdaşı olduğu bildirilib. Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.
Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.
Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.