"Qarabağ" ardıcıl 7-ci dəfə qrup mərhələsində! Yenilənib

Bu gün "Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq. Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Stieler olacaq.

"Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.

1 oktyabr

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan) 0-3
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 70

Baş hakim: Tobias Ştiler (Almaniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right