Avropa Liqasının pley-off mərhələsində bu gün Polşanın "Legiya" klubu ilə qarşılaşacaq "Qarabağ" müdafiəçisi Donald Geryenin xidmətindən yararlana biləcək.
Newsport.az-ın məlumatına görə, pasport problemi ilə üzləşdiyi üçün komanda ilə birlikdə Varşavaya yollana bilməyən haitili futbolçu artıq komandaya qoşulub. O, gecə saatlarında Varşavaya çatdığını söyləyib.
Bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyununa Bakı vaxtı ilə 22:00-da start veriləcək.