"Bu gün ağdamlılar üçün qələbə qazanmaq istəyirik" - Donald Gerye

Avropa Liqasının pley-off mərhələsində bu gün “Legiya” ilə qarşılaşacaq “Qarabağ”ın futbolçusu Donal Gerye Polşa mətbuatına müsahibə verib.

 

Newsport.az-ın məlumatına görə, 31 yaşlı haitili müdafiəçi cəbhədə baş verən hadisələrlə bağlı danışıb:

 

"Legiya" Polşada oynadığım vaxtdakı qədər güclü deyil. O dönəmdəki “Legiya” daha güclü idi. Dostlarım məndən bu komanda barədə soruşdular, onlara böyük klub olduğunu söylədim, amma indi belə olub-olmadığını bilmirəm. Varşavada bizim üçün asan olmayacaq. Bura səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik. Qarabağ silahlı qarşıdurmanın olduğu ərazidə olan Ağdamın komandasıdır. 1992-ci ildə orada müharibə başlayıb, erməni qoşunları Ağdamı işğal edib, yerli əhalini öldürüb. Klubda bu şəhərdən insanlar, o cümlədən uşaqlıqda oranı tərk edərək məcburiyyətdən Bakıya qalan futbolçular var. Bu gün ağdamlılar üçün qələbə qazanmaq istəyirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right