Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə qarşılaşmaq üçün Polşaya yollanan "Qarabağ" mənzilbaşına çatıb.
Newsport.az-ın məlumatına görə, komandanı Varşavada qarşılayanlar arasında tanış sima da olub. "Köhlən atlar""ın sabiq üzvü Yakub Jezniçak hava limanında köhnə dostlarını qarşılayıb və bu barədə instqaram hesabında paylaşım edib.
Sabah keçiriləcək "Legiya" - "Qarabağ" oyunu saat 22:00-da start götürəcək.