"Qarabağ"ın futbolçusu Donald Gerye Avropa Liqasının pley-offundə "Legiya" ilə oyunu buraxacaq.
Newsport.az-ın məlumatına görə, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. Bu səbəbdən o, Polşaya gedə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yollanacaq.
Xatırladaq ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.