Azərbaycanlı FİFA referisi Əlyar Ağayev yeni mövsüm üçün UEFA-dan ilk təyinatını alıb.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı beynəlxalq dərəcəli hakim Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Styaua” (Rumınya) – “Slovan” matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.
İsrailli Şmuel Şteyf hakim-inspektor, gürcüstanlı Bakar Jordaniya UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, 24 sentyabr Rumınyanın Curcu şəhərindəki Marin Anastasoviçi adına Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.