“Neftçi” ilə oyunda kimsə meydana “canım dostum, səni çox sevirəm” deyib çıxmayacaq”

 

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür “Neftçi” ilə oyun haqda fikirlərini bildirib.

Newsport.az saytının məlumatına görə, məşhur futbol veteranı “YouTube”da açdığı canlı yayım zamanı “Qalatasaray”ın Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunundan danışıb:

“Azərbaycan bizim can dostumuzdur. Orada çox sevdiyimiz, dəyər verdiyimiz dostlarımız da var. “Neftçi” Azərbaycanın önəmli komandasıdır. Bəlkə də çox uğuru olmaya bilər, amma sürpriz edə biləcək, yaxşı heyətləri var. “Qalatasaray”a baxanda daha hazırlıqlıdırlar.

Azərbaycanda çoxlu “Qalatasaray” azarkeşi var. Təbii ki, bu oyunda “Qalatasaray” favoritdir”.

Lakin o, bu oyunun çox çətin keçəcəyini, bunu milli səviyyəsində Bakıya səfər etdiklərində gördüyünü bildirib: “Azərbaycanla bir neçə dəfə milli səviyyəsində qarşılaşdıq.

Favorit olsaq da, qardaşlığı bir kənara qoyub, onların necə mücadilə etdiklərini gördük. Həmin oyunlara şahid olmuş biri kimi bunu deyirəm. Onlara qarşı oynamaq, xüsusən də Bakıda çıxış etmək çox çətindir. Ona görə də “Qalatasaray”ın bu matça çox diqqət etməsi lazımdır.

Kimsə meydana “canım, dostum, səni çox sevirəm” deyib, çıxmayacaq. “Neftçi”nin oyunçuları da “Qalatasaray”la oynadığı üçün özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. Sensasiya ola bilər.

Matç sentyabrın 17-dədir. O günə kimi nələrsə “Qalatasaray”da dəyişə bilər, yeni legioner transferi həyata keçirilə bilər. Bundan sonra da ona əsasən dəyərləndirmə aparmaq olar”.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right