"Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı Türkiyənin "Qalatasaray" klubu ilə bağlı paylaşım edib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi rəsmi "Twitter" hesabı vasitəsi ilə rəqibə müraciət edib.
Bakılılar "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" yazıb.
Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.