Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Əmrə Akbaba uzun müddətə sıradan çıxıb.
İyulun 24-də Super Liqada ötən mövsümün “Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.
Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Bu isə o deməkdir ki, futbolçu “Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.
“Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də keçiriləcək.