"Neftçi" kimi komandaya qarşı belə səhv etmək olmaz" - "Şkupi"nin baş məşqçisi

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında Şimali Makedoniya klubunun baş məşqçisi Vlatko Kolev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm.Mənim fikrimcə, bu gün komandamız son 6-7 matça baxsaq, ən yaxşı oyununu nümayiş etdirdi. İlk hissədə rəqibdən daha üstün idik. 2-3 qol epizodu oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaxşı çıxış edirdik. Qırmızı vərəqə oyunumuzu korladı. Bundan sonra nəsə etmək çətin idi. Futbolda belə şeylər olur. İkinci hissədə “Neftçi” daha yaxşı idi, qol imkanlarından yararlandı.

- Etdiyiniz dəyişikliklərin komandanızın əleyhinə olduğunu düşünmürsüz?
- İlk dəyişiklik zamanı meydana buraxdığımız futbolçunun yaxşı zərbələri var idi. Düşünürdük ki, “Neftçi”nin qapısı qarşısında təhükəli epizodlar yarada bilər. İkinci dəyişiklik zamanı isə qırmızı vərəqəyə görə belə addım atdıq. Başqa futbolçunu meydana buraxmaq istəyirdik, ancaq məcburiyyətdən belə addım atdıq.

- İkinci hissədə oyununuzda nə baş verdi? Təcrübəsizliyin öz sözünü demək olar?
- Fasilədən sonra yaxşı başladıq. İlk qol zamanı adi səhvə yol verdik. “Neftçi” kimi təcrübəli komanda belə epizodlarda rəqibi cəzalandırır, onlara qarşı belə səhv etmək olmaz. Bilirdik ki, meydanın mərkəzində top itirmək olmaz. Çünki “Neftçi”nin çox güclü yarımmüdafiə xətti var. Belə səhvə yol verdik və qol buraxdıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right