"Sumqayıt" - "Şkendiya: açıq məşq və mətbuat konfranslarının vaxtı

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Şkendiya” (Şimali Makedoniya) matçından əvvəl, avqustun 26-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.

 

Newsport.az-ın məlumatına görə, əvvəlcə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov saat 17:40-da media mənsublarının suallarını cavablandıracaq. Saat 18:00-da “kimyaçılar”ın açıq məşqi (15 dəqiqə) keçiriləcək.

 

Saat 20:40-da isə “Şkendiya”nın baş məşqçisi Ernest Qyoka mətbuat nümayəndələrinin önünə çıxacaq. Şimali Makedoniya təmsilçisinin açıq məşqi (15 dəqiqə) saat 21:00-da keçiriləcək.

 

Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi "Kapital Bank Arena"da olacaq.

 

“Sumqayıt” – “Şkendiya” qarşılaşması avqustun 27-də saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right