"Qrupdan çıxmaq APOEL-in tam haqqı idi" - Tomas Doll

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll pley-offa vəsiqə qazanmalarını şərh edib.

 

Newsport.az Kipr mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis səfərdə "Düdelanj"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Növbəti mərhələyə çıxmaq tam haqqımız idi. Əsas görüşlərdə xal toplaya bildik - Bakını heç-heçə ilə tərk etdik, evdə isə “Qarabağ”a qalib gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən “Düdelanj”a uduzmuşduq. Sonradan bunun təsadüf olduğunu sübut etdik".
 

Xatırladaq ki, “Qarabağ”ın “Sevilya”ya 0:2 hesabı ilə uduzması və APOEL-in “Düdelanj”ı eyni hesabla üstələməsi Nikosiya təmsilçisini pley-offa yüksəldib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right