"Düdelanj" - APOEL oyunu fərqli stadionda keçirilə bilər

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan "Düdelanj" APOEL-i fərqli stadionda qəbul edə bilər.

Newsport.az-ın məlumatına görə, komandanın ev oyunlarını keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyü yararsız hala düşüb.

UEFA Lüksemburq klubuna xəbərdarlıq edib. Klub isə 150 min avroya ot örtüyünü dəyişə bilməyəcəyini bildirib. "Düdelanj"ın prezidenti 50 min avroya yeni süni örtük vurmağı təklif edib. Lüksemburqlular ötən il də belə etmişdi. Komanda ötən mövsüm Avropa Liqasında "Real Betis"lə qarşılaşmanı şaxtalı havada süni örtüklü meydanda keçirib və qolsuz heç-heçəyə nail olub.

Ot örtüyü ilə bağlı problem həll edilməsə, matç Almaniyanın Kayzerslautern və ya Fransanın Mets şəhərində oynanıla bilər.

AÇ-2020-nin seçmə mərhələsində Lüksemburq bu stadionda Portuqaliyanı qəbul etmişdi. Qonaqların ulduz futbolçusu Kriştiano Ronaldo 2:0 hesabı ilə qalib gəldiyi oyundan sonra "kartof sahəsi" adlandırmışdı.

"Düdelanj" - APOEL oyunu noyabrın 28-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right