Qurban Qurbanov: "Hələ heç nə bitməyib"

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-ə 1:2 hesabı ilə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis nəticəni ədalətsz adlandırıb:

"Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq. Futbol belə bir fərqli oyundur. Həm Bakıdakı, həm də bu gün rəqibdən çox qol epizodlarımız olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right