"Qarabağ" Lüksemburqda dəstəksiz qalmayacaq

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah keçiriləcək "Düdelanj"la səfər matçında dəstəksiz qalmayacaq.

Newsport.az-ın məlumatına görəbu barədə "Qarabağ"ın  direktoru Əmrah Çəlikəl bildirib. Klub rəsmisi bildirib ki, onlarda olan məlumata görə, sabah  Avropada yaşayan  300-500 arası azarkeşin Ağdam klubunu stadionda dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, Lüksemburqun "Jozi Bartel" stadionunda keçiriləcək görüş sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right