"Qarabağ" - "Sevilya": ilk gündə 10 min bilet satıldı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk matçında sentyabrın 19-da İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.

 

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın biletləri ötən gün satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

 

Klubun "Facebook" səhifəsi ilk gündə 10 000 biletin satıldığını açıqlayıb.

 

Sentyabrın 19-uTofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.

 

Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right