"Qarabağ"ın qrupda ilk oyunu "Sevilya" ilə olacaq TƏQVİMİ

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda “Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda  bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. 

5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.


I tur

19 sentyabr

20:55. "Qarabağ" - "Sevilya"  (İspaniya)

II tur

3 oktyabr

23:00. “Düdelanj” (Lüksemburq) - "Qarabağ"

III tur

24 oktyabr

20:55. "Qarabağ" - APOEL (Kipr)

IV tur

7 noyabr

21:55. APOEL - "Qarabağ"

V tur

28 noyabr

00:00. "Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

21:55. "Qarabağ" - “Düdelanj”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right